Onlayn lüğət

Ən son əlavə edilənlər

1

abreviatur

Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla dü­zəl­dilmiş ixtisar. □ Abreviaturlar müxtəlif yollarla formalaşır: – sözlərin yalnız birinci hərfini saxlamaqla: BMT (Birləşmiş Millətlər Təşkilatı), KİV (kütləvi informasiya vasitələri), m (m...    Ətraflı

2

abzas

Nəsrlə yazılmış mətn­də yeni fikrin başlanğıcını bildirən sətirbaşı; ardıcıl gələn iki sətirbaşı arasında yerləşən mətn parçası. □ Məz­mun­ca bitkin fikir ifadə edən abzas bir və ya bir neçə cüm­lədən ibarət olur. Mətnin abzaslara ayrılması onun d...    Ətraflı

3

açılma

Bədii əsərdə süjet xəttinin kulminasiyadan sonrakı, finaldan əvvəlki mərhələsi, razvyazka. □ Bu mərhələdə intriqa bitir, əsərin süjet və məzmununu təşkil edən ha­disələr başa çatır, bədii konflikt öz həllini tapır, əsərin ideyası aydınlaşır. Bir ç...    Ətraflı

4

açıq saitlər

Dilin ön hissəsi yuxarı qalxmadan, alt çənə aşağı düşmüş vəziyyətdə tələffüz edilən saitlər: [ə], [ö], [o], [a], [e]....    Ətraflı

5

açma

Tapmacanın cavabı. □ Tapmaca şifahi şəkildə deyi­lər­kən bir çox hallarda “Açması?” sualı ilə bitir....    Ətraflı

6

ad

Ümumi qrammatik xüsusiyyətinə görə əşya, varlıq, məf­hum bildirən, bununla da feil və zərflərdən fərq­ləndirilən sözlər. □ Qrammatikada ad bildirən nitq hissələri isim, sifət, say və ya əvəzlikdir....    Ətraflı

7

adaptasiya

Hər hansı bədii əsərin müəyyən oxucu auditoriyasının səviyyəsinə uyğunlaşdırılması. □ Adaptasiya, əsasən, yaş qrupuna görə aparılır. Bu zaman əsərdə əsas süjet xətti saxlanılmaqla ixtisarlar edilir və əsərin dili sadələşdirilir. Adaptasiya zamanı...    Ətraflı

8

adlıq cümlə

Mübtəda əsasında formalaşan sadə cümlə. □ Adlıq cümlədə xəbər iştirak etmir, əşya və hadisənin yalnız adı çəkilir. Adlıq cümlə söz və ya söz birləşməsi şəklində olsa da, bitkin intonasiya ilə deyilir; məs.: Ay işığı. Bulaq başı. Göy çəmən. Bir dün...    Ətraflı

9

adlıq hal

İsmin altı halından biri: əşyanın yalnız adını gös­tərmək vəzifəsini daşıyan, heç bir xüsusi morfoloji əlaməti olmayan hal. □ Adlıq halda olan isimlər cümlədə mübtəda, xəbər və təyin vəzifəsində çıxış edir: Tamaşa başlandı. Maraqlı kitabdır. Birdə...    Ətraflı

10

afişa

1) Hər hansı mədəni tədbir – teatr tamaşası, konsert və s. haqqında elan; reklam, məlumat nəşri. □ Afişa küçə reklamının bir növüdür. Burada tama­şanın keçirildiyi yer (teatr, konsert zalı), tamaşanın adı, rejissor, baş rolların ifaçıları və s. h...    Ətraflı

11

aforizm

Müdrik fikir ifadə edən bitkin, yığcam ifadə, kəlam. □ Atalar sözündən fərqli olaraq aforizmin müəllifi məlum olur. Məna dərinliyi, ifadə gözəlliyi, obrazlılıq aforizm üçün başlıca xüsusiyyətlərdir. Dini-əxlaqi, dini-fəlsəfi, sosial-fəlsəfi, sosia...    Ətraflı

12

ağı

Folklor janrlarından biri: ölümlə bağlı olub qüssə, dərd, kədər ifadə edən lirik-dramatik söyləmə; edi. □ Qədim türk­lərdə ağı, əsasən, qopuz aləti ilə müşayiət olunub. Ağı­larda konkretlik, ünvanlılıq, informativlik xüsusiyyəti güclü olur. Bəzən...    Ətraflı

13

ağıçı

Ağı söyləyən peşəkar ifaçı: ölüm, faciə münasibətilə ağı nümunəsi yaradan şəxs; ediçi. □ Azərbaycan kəndlərində təziyə məclislərində ağıçılara indi də təsadüf edilir. Onlar mövcud ağı nümunələri və ya bayatılardan istifadə etməklə bərabər, özləri...    Ətraflı

15

ahəng qanunu

Sözdə eynicinsli saitlərin bir-birini izləməsi; məs.: bərəkət, qaranlıq və s. □ Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə, sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də q...    Ətraflı

16

ahəngdarlıq

Əsasən, nəzm əsərlərini səciyyələndirən yüksək bədii keyfiyyət: səslərin, sözlərin və s.-nin uyarlığı; harmoniya. □ Bədii əsərdə ahəngdarlığı şərtləndirən poetik parametrlər çoxdur: intonasiya, ritm, bölgü, alliterasiya, assonans, təkrir (anafora,...    Ətraflı

17

akt

Aparılmış yoxlamanın nəticəsini əks etdirmək üçün xüsusi komissiyanın iştirakı ilə tərtib olunan əməli yazı növü. □ Məzmununa görə müxtəlif olur: cinayət aktı, dövlət aktı, təhvil-təslim aktı və s. Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:
1. “Ak...    Ətraflı

18

alınma söz

Başqa dillərdən alınıb ana dilində işlədilən söz. □ Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki əsas qru­­pa bölünür: ərəb-fars (müəllim, pəncərə, xaric, məktəb, kitab və s.) və rus-Avropa (demokratiya, traktor, maşın, jurnal və s.) mənşəl...    Ətraflı

19

alınma şəkilçilər

Başqa dillərdən alınan şəkilçilər. □ Azər­baycan dilində işlənən ərəb-fars mənşəli alınma şə­kil­çilərin bir çoxu alınma sözlərin şəkilçiyə çevrilməsi nə­ti­cəsində əmələ gəlmişdir. Məsələn, -kar (xilaskar), -xana (ki­tabxana), -dar (hökmdar), -pə...    Ətraflı

20

alleqoriya

Bədii əsərdə mücərrəd fikir və anlayışların konkret və şərti obrazlar vasitəsilə ifadəsi. □ Alleqoriyadan təmsil, nağıl, habelə satirik əsərlərdə daha çox istifadə edilir. Belə bədii nümunələrdə, məsələn, tülkü surəti hiyləgərliyi, qurd acgözlüyü,...    Ətraflı