Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş ixtisar. □ Abreviaturlar müxtəlif yollarla formalaşır: – sözlərin yalnız birinci hərfini saxlamaqla: BMT (Birləşmiş Millətlər Təşkilatı), KİV (kütləvi informasiya vasitələri), m (m... Ətraflı
Nəsrlə yazılmış mətndə yeni fikrin başlanğıcını bildirən sətirbaşı; ardıcıl gələn iki sətirbaşı arasında yerləşən mətn parçası. □ Məzmunca bitkin fikir ifadə edən abzas bir və ya bir neçə cümlədən ibarət olur. Mətnin abzaslara ayrılması onun d... Ətraflı
Bədii əsərdə süjet xəttinin kulminasiyadan sonrakı, finaldan əvvəlki mərhələsi, razvyazka. □ Bu mərhələdə intriqa bitir, əsərin süjet və məzmununu təşkil edən hadisələr başa çatır, bədii konflikt öz həllini tapır, əsərin ideyası aydınlaşır. Bir ç... Ətraflı
Dilin ön hissəsi yuxarı qalxmadan, alt çənə aşağı düşmüş vəziyyətdə tələffüz edilən saitlər: [ə], [ö], [o], [a], [e].... Ətraflı
Tapmacanın cavabı. □ Tapmaca şifahi şəkildə deyilərkən bir çox hallarda “Açması?” sualı ilə bitir.... Ətraflı
Ümumi qrammatik xüsusiyyətinə görə əşya, varlıq, məfhum bildirən, bununla da feil və zərflərdən fərqləndirilən sözlər. □ Qrammatikada ad bildirən nitq hissələri isim, sifət, say və ya əvəzlikdir.... Ətraflı
Hər hansı bədii əsərin müəyyən oxucu auditoriyasının səviyyəsinə uyğunlaşdırılması. □ Adaptasiya, əsasən, yaş qrupuna görə aparılır. Bu zaman əsərdə əsas süjet xətti saxlanılmaqla ixtisarlar edilir və əsərin dili sadələşdirilir. Adaptasiya zamanı... Ətraflı
Mübtəda əsasında formalaşan sadə cümlə. □ Adlıq cümlədə xəbər iştirak etmir, əşya və hadisənin yalnız adı çəkilir. Adlıq cümlə söz və ya söz birləşməsi şəklində olsa da, bitkin intonasiya ilə deyilir; məs.: Ay işığı. Bulaq başı. Göy çəmən. Bir dün... Ətraflı
İsmin altı halından biri: əşyanın yalnız adını göstərmək vəzifəsini daşıyan, heç bir xüsusi morfoloji əlaməti olmayan hal. □ Adlıq halda olan isimlər cümlədə mübtəda, xəbər və təyin vəzifəsində çıxış edir: Tamaşa başlandı. Maraqlı kitabdır. Birdə... Ətraflı
1) Hər hansı mədəni tədbir – teatr tamaşası, konsert və s. haqqında elan; reklam, məlumat nəşri. □ Afişa küçə reklamının bir növüdür. Burada tamaşanın keçirildiyi yer (teatr, konsert zalı), tamaşanın adı, rejissor, baş rolların ifaçıları və s. h... Ətraflı
Müdrik fikir ifadə edən bitkin, yığcam ifadə, kəlam. □ Atalar sözündən fərqli olaraq aforizmin müəllifi məlum olur. Məna dərinliyi, ifadə gözəlliyi, obrazlılıq aforizm üçün başlıca xüsusiyyətlərdir. Dini-əxlaqi, dini-fəlsəfi, sosial-fəlsəfi, sosia... Ətraflı
Folklor janrlarından biri: ölümlə bağlı olub qüssə, dərd, kədər ifadə edən lirik-dramatik söyləmə; edi. □ Qədim türklərdə ağı, əsasən, qopuz aləti ilə müşayiət olunub. Ağılarda konkretlik, ünvanlılıq, informativlik xüsusiyyəti güclü olur. Bəzən... Ətraflı
Ağı söyləyən peşəkar ifaçı: ölüm, faciə münasibətilə ağı nümunəsi yaradan şəxs; ediçi. □ Azərbaycan kəndlərində təziyə məclislərində ağıçılara indi də təsadüf edilir. Onlar mövcud ağı nümunələri və ya bayatılardan istifadə etməklə bərabər, özləri... Ətraflı
Sözdə eynicinsli saitlərin bir-birini izləməsi; məs.: bərəkət, qaranlıq və s. □ Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə, sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də q... Ətraflı
Əsasən, nəzm əsərlərini səciyyələndirən yüksək bədii keyfiyyət: səslərin, sözlərin və s.-nin uyarlığı; harmoniya. □ Bədii əsərdə ahəngdarlığı şərtləndirən poetik parametrlər çoxdur: intonasiya, ritm, bölgü, alliterasiya, assonans, təkrir (anafora,... Ətraflı
Aparılmış yoxlamanın nəticəsini əks etdirmək üçün xüsusi komissiyanın iştirakı ilə tərtib olunan əməli yazı növü. □ Məzmununa görə müxtəlif olur: cinayət aktı, dövlət aktı, təhvil-təslim aktı və s. Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:
1. “Ak... Ətraflı
Başqa dillərdən alınıb ana dilində işlədilən söz. □ Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki əsas qrupa bölünür: ərəb-fars (müəllim, pəncərə, xaric, məktəb, kitab və s.) və rus-Avropa (demokratiya, traktor, maşın, jurnal və s.) mənşəl... Ətraflı
Başqa dillərdən alınan şəkilçilər. □ Azərbaycan dilində işlənən ərəb-fars mənşəli alınma şəkilçilərin bir çoxu alınma sözlərin şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir. Məsələn, -kar (xilaskar), -xana (kitabxana), -dar (hökmdar), -pə... Ətraflı
Bədii əsərdə mücərrəd fikir və anlayışların konkret və şərti obrazlar vasitəsilə ifadəsi. □ Alleqoriyadan təmsil, nağıl, habelə satirik əsərlərdə daha çox istifadə edilir. Belə bədii nümunələrdə, məsələn, tülkü surəti hiyləgərliyi, qurd acgözlüyü,... Ətraflı