Onlayn lüğət

Ən son əlavə edilənlər

61

bağlayıcı

Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi. □ Bağlayıcılar lüğəvi mənaya malik olmayıb yalnız qrammatik məna daşıyır. Cümlə üzvü vəzifəsi daşımır; məs.: Ağıllı insan həmişə tələsir, amma heç bir işi tələsik görmür. Ba...    Ətraflı

62

bağlayıcı sözlər

Baş və budaq cümlələri bir-birinə bağ­layan, adətən, sual əvəzlikləri və ya sual əvəzlikləri + “ki” ədatı ilə ifadə olunan vasitə. □ Sual əvəzlikləri bağlayıcı sözlər kimi işləndikdə sual mənasını itirir və sintaktik funksiya daşıyır; məs.: Kim k...    Ətraflı

63

bahariyyə

Klassik ədəbiyyatda baharı təsvir edən lirik şeirlər; poemada baharın tərənnümü. □ Bahariyyə qəzəl, qəsidə, məsnəvi kimi janrlarda işlənə bilər. Qətran Təbrizinin bahara aid şeirləri Şərq poeziyasında bahariyyənin ilk nümunəsi hesab olunur. Şah İs...    Ətraflı

65

baş cümlə

Tabeli mürəkkəb cümlənin qrammatik cəhətdən müstəqil olan tərkib hissəsi. □ Baş cümlə tabeli mürəkkəb cümlənin qurulması üçün zəmin yaradır. Onun mürəkkəb cümlədə yeri sabit deyil: budaq cümlədən əvvəl və ya sonra gələ bilər; məs.: Hamı bilirdi ki...    Ətraflı

66

baş qəhrəman

Epik və dramatik əsərlərdə yazıçının məqsəd və qayəsini əks etdirən aparıcı surət. □ Əsasən, müsbət idealın daşıyıcısı olur. Çox zaman tarixi şəraiti, mühiti, sosial-iqtisadi quruluşu, müəyyən bəşəri və milli-mənəvi dəyərləri özündə əks etdirir. B...    Ətraflı

67

başlanğıc

Süjetin əsasını təşkil edən konfliktin başlandığı hissə. □ Başlanğıc təhkiyəyə məntiqi ardıcıllıq və aydınlıq verir. Lakin başlanğıc hazırlıqsız, gözlənilməz mahiyyətdə də ola bilər. Belə hallarda əsər ekspozisiyasız başlanır və baş­lanğıc hadisəl...    Ətraflı

69

bayatı

Şifahi və yazılı ədəbiyyatda lirik növün geniş yayılmış janrı; dördmisralıq şeir. □ Bayatıların sabit forma xüsu­siy­yətləri var. Bayatının hər misrası yeddihecalı olur. Qafiyə quruluşu a.a.b.a şəklindədir. Bayatıda əsas fikir üçüncü və dördüncü m...    Ətraflı

70

bayaz

Kiçik qeydlərin, hikmətamiz fikirlərin, şeirlərin yazıldığı poetik məcmuə. □ Orta əsrlərdə ədəbi prosesi izləyən bir çox ziyalılar bəyəndikləri şeirləri bayazlara köçürür və bu üsulla poetik antologiyalar yaradırdılar. O dövrün bayazları müasir xa...    Ətraflı

71

beşlik

Hər bəndi beş misradan ibarət şeir şəkli. □ Ədə­biy­yatda bəzən müxəmməs və ya təxmisə beşlik deyilir. Lakin “beşlik” termini yalnız bənd quruluşuna aid edilir; bu şeir şəklində olan poetik nümunələr vəzn, bölgü, qafiyə, ahəng və s. xüsusiyyətləri...    Ətraflı

72

beyt

Şərq poeziyasında şeirin bitmiş fikir ifadə edən iki mis­radan ibarət hissəsi. □ Klassik ədəbiyyatda beytlər şək­lində olan şeirlər (qəzəl, qəsidə, qitə, məsnəvi və s.) əruz vəznində yazılıb. Beytlər bir-biri ilə qafiyələnə bilər:
Ay nə lazım, sən...    Ətraflı

73

bədii dil

Ədəbi əsərlərin dili; obrazlılığı və emosionallığı ilə fərqlənən dil. □ Başqa nitq formalarında (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) dilin kommunikativ və informativ funksiyası başlıca rol oynadığı halda, bədii dildə estetik...    Ətraflı

74

bədii ədəbiyyat

Həyatı obrazlı şəkildə əks etdirən şifahi və yazılı söz sənəti. □ Bədii ədəbiyyatın kökləri mifologiya ilə bağlıdır. Mahnının mərasim tamaşalarından, sözün mu­si­qi­dən ayrılması, şifahi şəkildə mövcud olan mənzum, ya mən­sur əsərin mətn şəkli alm...    Ətraflı

75

bədii əsər

Bədii təxəyyülün məhsulu olub həyatı obrazlı şəkildə əks etdirən nəzm və ya nəsr əsəri....    Ətraflı

78

bədii ifadə vasitələri

Fikrin bədii təsir gücünü qüvvət­lən­dirən vasitələr: məcaz və üslubi fiqurlar....    Ətraflı

80

bədii metod

Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının əsas prinsip və üsulları. □ Bədii metodun müəyyənləşdirilməsində sənətkarın həyata münasibətinin, onu bədii obrazlar vasitəsilə əks etdirməsinin tipi və üsulu əsas rol oynayır. Üslubla...    Ətraflı