Onlayn lüğət

Ən son əlavə edilənlər

41

aşıq poeziyası

Şifahi xalq ədəbiyyatının bir sıra lirik janr­larını əhatə edən poeziya. □ Məzmun və janr zənginliyi, eləcə də saz havaları ilə bağlılıq aşıq poeziyasının səciyyəvi xüsusiyyətləridir. Aşıq poeziyasının bütün janrları heca vəz­ninə əsaslanır. Aşıq...    Ətraflı

42

aşıq sənəti

Şifahi xalq yaradıcılığının istiqamətlərindən biri: söz, musiqi və rəqsi özündə birləşdirən sinkretik sənət növü. □ Qafqaz, İran və Anadoluda geniş yayılıb. Aşıq sənətinin əsasında saz aləti dayanır. Qədim dövrdə buna qopuz deyilib. Aşıq sənətində...    Ətraflı

45

aşırı qafiyə

Şeirin dördlük bəndlərində ikinci və dördüncü misraların, ikilik bəndlərdə ikinci misraların öz aralarında yaratdığı qafiyə. □ Çarpaz qafiyədən fərqli olaraq aşırı qafiyədə tək misralar sərbəst buraxılır. Məsələn, qoşma, gəraylı, təcnis və s.-də 1...    Ətraflı

46

atalar sözü

Müdrik fikri, ümumiləşdirilmiş həyat təcrübəsini lakonik ifadə edən kiçikhəcmli folklor nümunəsi. □ Xalq atalar sözü vasitəsilə özünün həyata baxışını, təcrübədə əldə etdiyi nəticələri, əxlaqi-tərbiyəvi fikirlərini ifadə edir. Atalar sözü müxtəlif...    Ətraflı

47

atributiv

Əlamət, keyfiyyət bildirən, təyin yerində işlənən....    Ətraflı

48

atributivləşmə

İsmin söz birləşməsi və ya cümlə daxilində əlamət anlayışı ifadə etməsi; sifətləşmə. □ Nümunə: daş (necə?) hasar, yun (necə?) corab, dəri (necə?) çanta və s. Atributivləşmə morfoloji hadisə deyil, daha çox sintaktik hadisədir. Belə ki, isim kontek...    Ətraflı

49

avtobioqrafik əsər

Müəllifin şəxsi həyatını əks etdirən bədii və ya bədii-publisistik əsər. □ Avtobioqrafik əsər müəllifin həyatını əks etdirən real hadisələrlə yanaşı, onun bədii təxəyyülündən doğan epizodları da ehtiva edə bilər. Klassik şair və yazıçıların əsərlə...    Ətraflı

51

avtoqraf

1) Əsər müəllifinin öz xətti ilə yazdığı əlyazma nüsxəsi.
2) Müəllifin öz kitabı üzərində çəkdiyi imza, yazdığı xatirə qeydi. □ Dövlət xadimləri, alimlər və yazıçıların av­toqrafları elmi institutlarda, muzeylərdə və dövlət arxiv­lə­rin­də toplanı...    Ətraflı

53

ayaq

Təcnis, müxəmməs kimi şeir formalarında hər bəndin sonunda gələ bilən yarımçıq misra....    Ətraflı

54

ayaq-müstəzad

Qoşma-müstəzadın bəndlərinin sonunda işlənən beşhecalı misra....    Ətraflı

55

ayaqlı təcnis

Aşıq şeirində təcnis janrının şəkillərindən biri. □ Ayaqlı təcnisin hər bəndinin axırında ölçüsünə görə o biri misralardan qısa (qırıq, yarımçıq) misra gəlir ki, bəndin məzmununu tamamlayan bu misraya ayaq deyilir:
Aşıq gərək bu meydanda bir qala,...    Ətraflı

56

aydınlaşdırma bağlayıcıları

Mürəkkəb cümlənin tərkib hissələri, eləcə də həmcins üzvlərlə ümumiləşdirici sözlər arasında əlaqə yaratmağa xidmət edən bağlayıcılar. □ Ay­dın­laşdırma bağlayıcıları bunlardır: yəni, yəni ki, mə­sələn, ki, belə ki. Yəni, yəni ki, məsələn bağlay...    Ətraflı

57

aydınlaşdırma məna əlaqəsi

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri, eləcə də həmcins üzvlərlə ümumiləşdirici sözlər arasında məna əlaqələrindən biri. □ Aydınlaşdırma məna əlaqəsində tərkib hissələrdən birində (əvvəlincisində) ifadə olunan fikir digər (ikinci) tərkib hiss...    Ətraflı

60

bağlama

1) Bax: qıfılbənd.
2) Meyxana deyişmələri zamanı tərəflərdən birinin qafiyəyə uyğun şeir qoşa bilməməsi, məğ­lub olması....    Ətraflı