“Dədə Qorqud”da “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala“ cümləsi var. Buradakı dəpərə sözü müasir anlamda “təpərlə” deməkdir. Təpər baltayabənzər silah növü olub və ruslardakı топор (balta) sözü də buradandır. İndi sözün təpəri (kəsəri), təpərli adam ifadələrini işlədirik. Burada məna bir qədə... Ətraflı
canla-başla, ürəkdən, dərhal, etiraz etmədən (gəlmək, yerinə yetirmək və s. sözlərlə).... Ətraflı
bax: başında qoz sındırmaq.... Ətraflı
bax: tüstüsü təpəsindən (başından) çıxmaq.... Ətraflı
güclə, zorla, məcbur edərək.... Ətraflı
bax: başına döymək.... Ətraflı
Bellə yer şumlayarkən ayaqla basılan xüsusi hissə təpgəc adlanır. Təpmək, təpik sözləri ilə kökdaşdır (süzgəc qəlibi əsasında yaranıb). Təpmək “zərbə” deməkdir, ən çox ayaqla vurulan zərbəyə deyirik. Tüfəng də təpir (qundaq sinəyə təzyiq edir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Belləmək, bellə şumlamaq. □ Traxdır məhləni xarab eliyir deyin, özüm təpgəcliyirəm.... Ətraflı
Ayaqla vurulan zərbə; şıllaq. □ Dolunu yeyib, boşa təpik atır. (Atalar sözü).... Ətraflı
Təpinmək, təpgəc, təpmək kimi sözlərin arxetipi təp feilidir, “ayaqla zərbə vurmaq” deməkdir. Tuva dilində təp+i (görünür, yaz-ı qəlibi üzrə yaranıb) ismi “ayaq” (ножка) mənasında işlədilir. Təpik kəlməsi birbaşa təp feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
bir yerə tez-tez gedib-gəlmək; ~ get-gələ düşmək, ayaq döymək, yol yormaq, yol ölçmək, yol ağartmaq.... Ətraflı
Çox təpik atan, şıllaq atan (heyvan haqqında). □ Təpikcil at.... Ətraflı